Bu ölkədə çox diqqətli olun, hörmətli olun - ŞİRXAN AYXAN ADGÖZƏL YAZIR

 

Piramidalar... Nil çayı... Qırmızı Dəniz... Aralıq Dənizi... Çəkici gəlir, həm də çox çəkici. Elə məni də bir neçə il öncə özünə çəkdiyi üçün götür-qoy edib, planımı cızdım və maraqlı olsun deyə, hamı kimi nə Qahirəyə, nə də Şarm-Əl Şeyxə deyil, Hurqada şəhərinə getməyə qərar verdim.

Bakıdan birbaşa uçuş olmadığı üçün aviabileti Tbilisi-Hurqada olaraq aldım. Çantamı da yığıb, yol aldım Misirə tərəf. Hurqada hava limanına endik. Elə hava limanında anladım ki, buranın insanı başqa aləmdir. Baqajımı təhvil alandan otelə çatana qədər hər üzünü gördüyüm ərəb mənə baxıb, “baxşiş” istəyirdi. Hər addımbaşı aldadılmaq, kələk qurbanı olmaq burda adi haldır. Odur ki, bir an öncə otaqda uzanıb, doyunca dincəlmək və ən əsası da burdakı fırıldaqları öyrənmək üçün internetdə balaca bir araşdırma eləmək istədim.

Booking etdiyim otel düz Qırmızı dənizin sahlilində idi. Otelin həyəti tamamilə Qırmızı Dənizə bitişik idi. Reception`da isə mə