"Bu məsələdə məsuliyyəti Omanda yerləşən turizm şirkəti daşıyır" - RÜFƏT HACIYEV

 

Azərbaycan Turizm Agentlikləri Assosiayasının sədri Rufət Hacıyev omanlı turistlərin Bakı Hava Limanında qalmaları ilə bağlı açıqlama verib.

Turizmplus.az saytına açıqlamasında o bildirib ki, Azərbaycan tərəfinin bu məsələyə heç bir aidiyatı yoxdur. 

"Aydın məsələdir ki, sifarişli çarter reyslər zamanı xərclər turoperator tərəfindən qarşılanır. Azalın açıqlamasından da məlum olduğu kimi sərnişinlər sifarişçi tərəfindən yazılmalı və təsdiqlənməli olan həqiqi aviabiletlərlə təmin olunmayıb. Bu məsələdə yeganə məsuliyyəti insanları aldatmış Omanda yerləşən turizm agentliyi daşıyır. Biz cəmiyyətə və hava limanında qalan sərnişinlərə düzgün informasiyanı çatdırmalıyıq" - deyə Assosiasiya sədri bildirib.