Bu günə qədər və bu gündən sonra - GÖYDƏNİZ QƏHRƏMANOVLA ÖZƏL MÜSAHİBƏ

 

Turizmplus.az-ın bu dəfəki müsahibi bu yaxınlarda yubileyini qeyd edən “Spektr Travel” şirkətinin rəhbəri Göydəniz Qəhrəmanov olub. Göydəniz bəyə uzun ömür, can sağlığı və bol uğurlar arzulayıb onunla söhbətimizə keçirik: 

- Başlanğıclar hər zaman çətin olur. Siz nədən və necə başlamışdınız?

Biz şirkəti 2003-cü ildə qurduq. Onda iki nəfər idik. O zaman Sovet dövrü 10 il olardı ki, dəyişmişdi. İnsanlar psixoloji olaraq indiki kimi səyahətə meyilli deyildi. Daha çox işlə bağlı gedirdilər xaricə. O zamanlar Türkiyə - Antalya səyahətləri təzə başlayırdı. Yay aylarında satışlar daha çox bu istiqamətdə olurdu. Avropaya isə vizaların alınmasında çətinliklər var idi. Sonra bu tendensiya yavaş-yavaş dəyişdi və inkşaf etməyə başladı. Hazırda o zamanla müqayisədə yerlə-göy arasında fərq var. Düşünün, biz o zaman ilk 20-likdə  lisenziya alan şirkət idiksə indi 1000-dən çox şirkət var.

- Məncə, sizin təhsiliniz tamam başqa ixtisaslar üzrə olub. Səhv etmirəmsə birinci hüquq, ikinci isə iqtisadiyyat üzrə. Niyə digər sahələr yox sırf turizm?

Yaxşı sualdır, bunu mənə tanışlarım, dostlarım  ətrafımda olan insanlar da verir. Nəzərə alsaq ki, bizim nəslimizdə kişilər daha çox hüquqa meyilli idi və hüquq mühafizə orqanlarında çalışırdılar, hər kəs düşünürdü ki, mən də bu sahəyə gedəcəm. Lakin, mən biznes sahəsini seçdim. Düzdür, bu böyükl