Bu gündən "AZAL-Miles" proqramının xidmətləri fəaliyyət göstərməyəcək

 

Xəbər verdiyimiz kimi 4 - 12 Noyabr 2019-cu il tarixləri aralığında yenilənmə ilə əlaqədar texniki səbəblərdən "Azal-Miles" proqramının bir sıra xidmətləri fəaliyyət göstərməyəcək.

Turizmplus.az xəbər verir ki, bunlara şəxsi hesaba daxil olmaq, mükafatlandırıcı biletlərin rəsmiləşdirilməsi və müştəri xidmətlərinə müraciət daxildir.
⠀⠀
Həmçinin bu gündən etibarən "AZAL-Miles" mobil əlavəsinin xidməti dayandırılır. Yaxın zaman ərzində "AZAL-Miles" hesabınızı App Store və Google Play-də yeni istifadəyə verilmiş AZAL mobil əlavəsində idarə etmək imkanınız olacaq. Hesabınızı həmişə olduğu kimi www.azal.az veb saytımızda idarə edə bilərsiniz.
⠀⠀
Eyni zamanda, nəzərinizə çatdırmaq istəyirik ki, yenilənmədən sonra onlayn rejimdə veb-sayt vasitəsilə mükafatlandırıcı aviabiletlərin rəsmiləşdirilməsi imkanı təqdim olunacaq, habelə topladığınız ballar hesabına hava gəmisində əlavə baqaj və daha rahat oturacaqlar əldə edə biləcəksiniz.

Paylaş

Əvvəlkİ

Экстренное приземление: Пилоты АЗАЛ успешно посадили самолет

Sonrakı

Мэрайя Кэри выступит на бесплатном концерте в Дубае

Подписывайся

Подписывайся на нашу рассылку