Bu gün Ümumdünya Turizm Günü kimi qeyd olunur

 

Bir çox dünya ölkələrində bu gün Ümumdünya Turizm Günü kimi qeyd olunur.

Turizmplus.az xəbər verir ki, bu günün tarixi ÜmumdünyaTurizm Təşkilatının yaradılması ilə bağlıdır.  Belə ki, 1925-ci ildən İsveçrənin Cenevrə şəhərində müxtəlif adlar altında fəaliyyət göstərən bu beynəlxalq turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixində Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə Baş Qərargahı İspaniyanın paytaxtı Madrid şəhərinə köçən bu təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. 

Nəzərinizə çatdıraq ki, Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olan vaxtdan qeyd olunur. Azərbaycanda turizmin inkişafı üçün Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və bu proqrama uyğun olaraq çoxsaylı layihələr həyata keçirilir.

Proqramın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılmasıdır.

Qeyd edək ki, hazırda dünyanın 150-dən çox ölkəsində hər ilin 27 sentyabr tarixi turizm təmsilçilərinin bayramı kimi qeyd edilir.

Paylaş

Əvvəlkİ

Dohanı kəşf etmək istəyənlər üçün əla fürsət

Sonrakı

"Ümumdünya Turizm Günü münasibətilə hər birinizi təbrik edirəm" - FUAD NAĞIYEV

Abunə olun

Xəbərlərimizə abunə olun