Böyük Kanar adasına virtual səyahət - FOTOLAR


Bu dəfə xüsusi müxbirimiz Tania Tarakanova oxucularımıza Böyük Kanar (Grand adasından söhbət açacaq. Bu adada havanın istilik dərəcəsi +20-dən aşağı olmur. 

Beləliklə, bu adaya səyahət etmək üçün 5 səbəb açıqlayırıq:

Kiçik Saxara və ya Las Dunas de Maspalomas

Saxaranı görmək üçün Afrikaya getmək lazım deyil. Çünki adanın cənubunda yerləşən kurort bölgəsində Afrikadan gətirilmiş qumdan səhra hazırlanıb. 

Alış-veriş 

Alış-veriş üşün ada ən uğurlu yer hesab olunur. Məhz burada məhsullar Avropadan daha ucuzdur. Shopping mərkəzlərini adanın paytaxtı olan Palmasda tapa bilərsiz.


Mətbəx 

Böyük Kanar adasında yerli əhalinin özünə məxsus meyvə sahələri və arıçılıq təssərrüfatları var. Maraqlısı da odur ki, ada sakinləri tərəvəzlərə acı bibər qataraq çox ləzzətli konservlər hazırlayırlar. Bu adada bəzi kiçik kafelər var ki, bu məkanlar barədə yalnız yerlilərin xəbəri var. Bu kafeləri tapmaq üçün sakitlərin toplandığı yerlərə diqqət etməyiniz kifayətdir.

 

“Caldera de Bandama” vulkanı

Adanın ən gədim və böyük vulkanı “Caldera de Bandama”-dır. Vulkanın kraterinin yanından keçsəniz köhnə, dağılmış evlər görə biləcəksəniz.


Digər əyləncələr 

Sualtı qayıqla Atlantik okeanın dərinliklərini kəşf edə və 1650 metr uzunluğunda olan Kanar kartinq trassında yarışa çıxa bilərsiniz.



Paylaş

Əvvəlkİ

Dünyanın 10 mükəmməl memarlıq abidəsi - FOTOLAR

Sonrakı

Qazaxıstanın paytaxtının adı rəsmi dəyişdirildi - NUR-SULTAN

Подписывайся

Подписывайся на нашу рассылку