Booking.com və digər saytlara XƏBƏRDARLIQ


Expedia, Booking.com, Agoda, Hotels.com, ebookers və trivago onlayn-bron platformalarına Britaniyanın "Rəqabət və markentinqin müdafiyəsi" təşkilatı tərəfindən xəbərdalıq olunub. 

Qeyd olunur ki, onlayn-bron platformaları müştərilərə yalnış məlumatlar veriblər. Məsələn, hər hansı otellə maraqlanan zaman ekrana gələn "bu otellə bir neçə müştəri maraqlanır" bildirişləri müştərilərin hansı tarixlərə baxmasını göstərməyib. Eyni zamanda yalnış anlaşılmalar endirimlərlə də bağlı yaranıb. Çünki onlayn-bron platformaları “lux” otaqların qiymətlərini sadə otaqlarla müqayisə edirmişlər.

Məlumata görə, bütün adı çəkilən onlayn-bron platformalarına bu halların qarşısının alınması üçün sentyabr ayının 1-ə qədər vaxt verilib. Əks halda təşkilat saytları məhkəməyə verəcəyini açıqlayıb.

Paylaş

Əvvəlkİ

Tehran - Bakı - Tehran reysi ləğv edildi

Sonrakı

"Yanar dağ" 3 gün ziyarətçi qəbul etməyəcək - ELAN

Подписывайся

Подписывайся на нашу рассылку