"Biz hərəkətin məhdudlaşdırılmasıyla bağlı xəbər paylaşmamışıq" - AÇIQLAMA

 

Daxili İşlər Nazirliyinin mətbuat katibi polkovnik Ehsan Zahidov bugün yayılan may ayının 25-dən 31-dək paytaxtın bəzi mərkəzi küçə və meydanlarında, xüsusən də Nizami ("Tarqovı") və İstiqlaliyyət küçələrində və Fəvvarələr meydanında vətəndaşların sıx hərəkətinə, eləcə də Respublika günü ilə əlaqədar İstiqlaliyyət küçəsindəki abidəni ziyarətə gəlmələrinə məhdudiyyətlər qoyulacağı ilə bağlı xəbərlərə açıqlama verib.

Ehsan Zahidov qeyd edib ki, DİN tərəfindən elə bir xəbər verilməyib: “Biz vətəndaşların küçələrdə hərəkətlərini məhdudlaşdırması barəsində xəbər paylaşmamışıq. Hansı məhdudlaşdırılma barəsində söhbət gedə bilər?”- deyə polkovnik bildirib.

 

Paylaş

Əvvəlkİ

Azərbaycana Baltikyanı ölkələrdən gələn turistlərin sayı açıqlanıb

Sonrakı

Heç bir MDB ölkəsində turizmə dövlət tərəfindən bu qədər diqqət və qayğı göstərilmir

Abunə olun

Xəbərlərimizə abunə olun