"Biz həmin şirkət deyilik" - "Deniz travel-turizm" şirkətinin rəhbəri

 

Müştərilər bizi adıçəkilən şirkətlə səhv salırlar. Bizim şirkətin adı "Deniz travel-turizm" şirkətidir.

Bu sözləri Turizmplus.az saytına açıqlamasında "Deniz travel-turizm" şirkətinin rəhbəri Eldəniz Kərimov deyib. Onun sözlərinə görə saxtakarlıqla bağlı çıxan xəbərlərdə adı hallanan "Dəniz travel" şirkətiylə heç bir bağlantıları yoxdur.

"Bizim şirkətin adı ilə onun arasında bir hərf fərqi var. Bundan başqa bizim turizm agentliyi Əhmədli metrosunun yaxınlığında, Sarayevo küçəsində yerləşir və hazırda fəaliyyət göstərir. Müştərilərimiz narahatdır və bizi adıçəkilən şirkətlə səhv salırlar" - deyə Eldəniz Kərimov bilidirb.

Paylaş

Əvvəlkİ

Turizm şirkətlərində saxtakarlıq halları ilə bağlı Dövlət Turizm Agentliyindən AÇIQLAMA

Sonrakı

В Саудовской Аравии появятся три курорта класса «люкс»

Abunə olun

Xəbərlərimizə abunə olun