"Biz çalışırıq ki, Azərbaycanda turizm sənayesi daha da sürətlə inkişaf etsin" - AZƏRBAYCAN PREZİDENTİ


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Real televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib.

Müsahibə əsnasında Prezident İlham Əliyev Mirşahin Ağayevin Azərbaycan turizminin inkişafı barədə suallarını da cavablandırıb:

"Bilirsiniz, turizm hər bir ölkə üçün çox önəmli bir sahədir. Elə ölkələr var ki, onların ümumi daxili məhsulunda əsas hissə turizmlə bağlıdır. Biz də çalışırıq ki, Azərbaycanın turizm imkanlarını genişləndirək və bu istiqamətdə müxtəlif addımlar atırıq. İlk növbədə, əlbəttə ki, infrastruktur yaradılmalı idi. Əgər infrastruktur yoxdursa, heç bir turist buraya gəlməz. Azərbaycanda hazırda altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Gözəl yollar, dəmir yolları, xidmət infrastrukturu, otellər, ictimai yerlər yaradılmalı idi. Əlbəttə ki, hər bir turist üçün təhlükəsizlik məsələləri, xüsusilə indiki zəmanədə ön plandadır. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. Xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, gözəl şərait. Bütün bunlar turizmin inkişafı üçün əsas şərtlər idi ki, biz bunları yaratdıq. İkinci məsələ ondan ibarət idi ki, biz turistləri necə cəlb edək, Azərbaycanı dünyaya necə təqdim edək. Burada xüsusi rol oynayan Azər