Birləşmiş Ərəb Əmirlikləri mövzusunda seminar keçiriləcək

 

"Pegas Touristik" şirkətinin təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirlikləri mövzusunda növbəti seminar baş tutacaq.

Turizmplus.az xəbər verir ki, Dubay və Şarja şəhərlərini əhatə edən seminar yanvarın 30-da saat 15:40-da Caspian Plazada (Korpus 3, mərtəbə 2) baş tutacaq.

Seminarda iştirak etmək istəyən şəxslər info@pegast.az ünvanına ad və soyadını göndərməklə qeydiyyatdan keçə bilərsiniz.

Paylaş