Bəzi aviaşirkətlər İran və İraq hava məkanları üzərindən uçuşları dayandırdı

 

 

Fransanın «Air France» hava yolları şirkəti İran və İraq hava məkanları üzərindən uçuşları dayandırıb. «France-Presse» agentliyinin xəbərinə görə, bu barədə «Air France»nin mətbuat xidməti məlumat yayıb.

Sinqapur Hava Yolları, Tayvanın «EVA Air», Malayziya Hava Yolları, Vyetnam Hava Yolları avişirkətləri də İran hava məkanında uçuşları dayandırdıqlarını açıqlayıb.

Avstraliyanın «Qantas» şirkəti də Yaxın Şərqdəki uçuşları İran və İraq üzərindən etməyəcəyini bildirib.

Qazaxıstanın ən böyük hava yolları şirkəti olan «Air Astana» Dubaya olan uçuş marşurutunu dəyişdirəcəyini, İran və İraq hava məkanından istifadə etməyəcəyini bəyan edib.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi isə Rusiya aviaşirkətlərinə İran və İraq üzərindən uçuşları həyata keçirməməyi tövsiyə edib.

Bu gün səhər saatlarında Tehran yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin məxs