Beynəlxalq hava limanlarımızda sərnişin axını 300 mini ötdü - STATİSTİKA

 

2020-ci ilin yanvar ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 395 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 14% çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Turizmplus.az-a verilən məlumata görə, onların 336 mininə Bakı aeroportunda xidmət göstərilib ki, bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 40 min nəfər artıqdır.

Naxçıvanın hava limanı 45 min sərnişinə xidmət göstərib, 12 min sərnişin ilə Gəncə şəhərinin hava limanı isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur. 

 

 

 

Paylaş