Belə də olur: Xarici İşlər Nazirinə viza verilmədi

 

ABŞ Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının iclasında iştirak etməyə hazırlaşan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə viza verməkdən imtina edib.

Bu barədə “Reuters” məlumat yayıb. 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası iclasının cümə axşamı keçirilməsi planlaşdırılır.