BƏƏ otellərinin nümayəndələri Bakıda - MÖHTƏŞƏM TƏDBİR


"JW Mariott Absheron" otelində  "Voyager Group" tur operatorunun təşkilatçılığı ilə ənənəvi tədbir baş tutub.  

Tədbirin birinci hissəsində Birləşmiş Ərəb Əmirliklərindən olan otellərinin nümayəndələri ilə Azərbaycanda yerləşən turizm şirkətlərinin nümayəndələri arasında B2B görüşlər keçirilib. "Voyager Group" tur operatornun Bakı nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyevin sözlərinə görə bu dəfə tədbirdə Dubay otellərinin nümayəndələri ilə yanaşı həm də Ras-əl-Hayma, Fucayra, Abu-Dabidən olan, yeni açılmış otellərin nümayəndələri də iştirak edib.

"Bu görüşün əsas məqsədlərindən biri yerli turizm şirkətlərinin maarifləndirilməsi prosesidir. Onlar maraqlı olan sualları birbaşa otel nümayəndələrinə vermək üçün imkan əldə edirlər. Bu gələcəkdə işlərin sürətlə həll edilməsində çox əhəmiyyətlidir" - deyə Cavid Allahverdiyev bildirib.

Tədbirdə 22 oteldən və 110 yerli turizm şirkətindən olan nümayəndələr iştirak edib. 

İkinci hissədə qonaqlar şam yeməyi masasında bir araya gəliblər. Gecə musiqili proqram və müxtəlif müsabiqələrlə davam edib.

Paylaş

Əvvəlkİ

Avropa Komissiyası Nəqliyyat və Mobility İdarəsinin nümayəndə heyəti Bakıda rəsmi səfərdədir

Sonrakı

Hava Limanında yanğın - REYSLƏR TƏXİRƏ SALINDI

Подписывайся

Подписывайся на нашу рассылку