Bayramdan sonrakı ilk iş gününə olan hava proqnozu

 

Azərbaycanda avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Turizmplus.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti, Bakıda gecə 20-22° isti, gündüz 29-31° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70%, gündüz 40-50% olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu isə şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxaca