Bayram ərəfəsində Bakıdan Şarm əl Şeyxə çarter reyslər təşkil olunacaq - EKSKLÜZİV

 

Novruz bayramı günlərində Bakıdan Şarm əl Şeyxə paket halında turlar və çarter uçuşlar təşkil olunacaq.

Turizmplus.az saytının əldə etdiyi məlumata görə, uçuşları Azərbaycan Hava Yolları həyata keçirəcək. Məlumatlar bəzi sistemlərdə qeyd olunsa da hələlik tur paketlərin qiymətləri göstərilmir. Bir neçə gün sonra ictimaiyyətə bu turlar haqqında məlumat veriləcək.

Qeyd edək ki, Şarm əl Şeyx Misirin əsas və turistlər tərəfindən ən çox səyahət edilən şəhərlərindən biridir. 

 

Paylaş