"Barrel Playground" mövsümün açılışını edəcək

 

Azərbaycanın məşhur açıq hava məkanlarından biri "Barrel Playground" mayın 31-də yeni mövsümün açılışını edəcək.

Turizmplus.az xəbər verir ki, ilk əyləncəli gecənin qonağı məşhur DJ Mozzy olacaq. Mozzy musiqiyə cəlbedici və minimalist yanaşması ilə tanınır. O, perkussiv house və dinamik minimalı birləşdirərək çıxış etdiyi hər yerdə hərarətli ab-hava yaradır. Andrey Puşkarev, Leo Pol, Timur Basha, Shakolin, Sublee, Gio Shengelia, Ben Rau, Silat Beksi kimi artistlərlə eyni səhnəni paylaşıb. KHIDI (G2), Cafe-Gallery, Minimüzikhol kimi klublarda və GEM Fest-də öz çıxışı ilə fərqlənən Mozzy, hal-hazırda 21 iyunda baş tutacaq Tbilisi Open Air 2019 (EYESTAGE II)-a hazırlaşır.

Qeyd edək ki, yalnız 21+ insanların iştirak edə biləcəyi proqram saat 21:00-da başlayıb 04:00-da bitəcək. Giriş pulludur (10 AZN). 

Paylaş

Əvvəlkİ

МВД Азербайджана обратилось к жителям и гостям Баку

Sonrakı

DSX əməkdaşlarından ölkəyə gələn turistlərə jest - FOTO

Abunə olun

Xəbərlərimizə abunə olun