Balakəndə III Xurma Festivalı keçiriləcək - TARİX

 

Balakən rayonunda III Xurma festivalı keçiriləcək.

Turizmplus.az xəbər verir ki, oktyabrın 26-da Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Dövlət Turizm Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin, Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının, “Balxurma” MMC-nin dəstəyi ilə reallaşacaq festivalda xurmadan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.

Festivalda ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici ölkə səfirliklərinin təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, qonşu rayonlardan gəlmiş qonaqlar, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak edəcəklər.

Gərəkli kəndinin ərazisində yerləşən xurma bağına ekskursiya olacaq, xurma ağacları əkiləcək.

Festivalın rəsmi açılış mərasimi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olacaq.

Festivala dəvət olunan qonaqlar və rayon sakinləri parkda xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxacaq, rayonda istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgiləri ilə tanış olacaqlar.

III Xurma festivalı konsert proqramı ilə başa çatacaq.

Paylaş

Əvvəlkİ

Fuad Nağıyev jurnalistlər üçün təşkil olunmuş mediaturda iştirak edib - FOTOLAR

Sonrakı

Bakıda "JLK Travel Market" təşkil olunub - FOTOLAR

Подписывайся

Подписывайся на нашу рассылку