“Balaca qızı “konserva” olmuş “jiquli”dən çıxaranda sağ idi, sonra xəbər aldım ki, keçinib” – KƏNAN HƏNİFƏYEV

 

Dünən İsmayıllı rayonu ərazisində baş vermiş ağır yol nəqliyyat hadisəsinin şahidlərindən biri də turizm mütəxəssisi Kənan Hənifəyev olub.

Turizmplus.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

"Bu gün baş verən İsmayıllıda turist avtobusunun qəzasını canlı şahidi olduq. Həmkarımızın turunda baş verən hadisə hər birimizin hadisəsi acısı və məsuliyyətidir. Bir ailənin 3 üzvü həlak oldu. O balaca qızı "konserva" olmuş jiqulidən güclə çıxartdıq , sağ idi amma indi xəbər aldım ki keçinib. Allah rəhmət eləsin ölənlərə. Şükürlər olsun bu kimi hadisədə avtobus sərnişinlərindən həlak olan olmadı, baxmayaraq ki xəsarət alanlar çox idi. Allah qurtarıb böyük faciədən. Bu olaydan böyük təsir və həyacandayam. Mütləq şəkildə turizm polisi / turist polisinin tez zamanda yaradılması birbaşa olaraq yol polisi, səhiyyə və yol nəqliyyat idarəsi ilə birbaşa əlaqəli sistemli şəkildə çalışmalıdır. Artıq kütləvi turizm xidmətlərini standartlaşdırmaq, lisenziyalaşdırmaq, sığortalı etmək lazımdır. Bu hadisə "jiquli" markalı avtomobilin günahı olması ucbatında baş verməsinə baxmayaraq müəyyən islahatlar mütləq şəkildə həll edilməlidir. Daxili turizm üzrə işl