Bakıya yeni reyslər açılacaq


Rusiyanın "ИрАэро" aviaşirkəti Azərbaycandan uçuşların coğrafiyasını genişləndirir.

Bakıdan Orenburq, Yekaterinburq və Çelyabinsk şəhərlərinə müntəzəm reyslər olacaq. Uçuşlar Rusiya istehsalı olan "Superjet 100" təyyarələri ilə həyata keçiriləcək.

Bakı-Orenburq və Orenburq-Bakı aviareysi aprelin 20-dən başlayacaq. Uçuş iki saat davam edəcək və şənbə günləri həyata keçiriləcək. Biletin qiyməti bir istiqamət üçün 123 avrodan (9 min rubl) başlayacaq.

İyunun 18-dən etibarən hər həftənin çərşənbə axşamı Bakı-Yekaterinburq və Yekaterinburq-Bakı reysləri baş tutacaq. 3 saat davam edəcək uçuş üçün biletin qiyməti bir istiqamətə 143 avrodan (10,5 min rubl) başlayır.

Bakı-Çelyabinsk və Çelyabinsk-Bakı reysləri aprelin 9-dan çərşənbə axşamları, iyunun 20-dən isə cümə axşamı günləri baş tutacaq. Yol üç saat davam edəcək, bir istiqamətə biletin qiyməti 136 avrodan (10 min rubl) başlayır.

TREND

Paylaş

Əvvəlkİ

Azərbaycanlılar arasında 10 məşhur istiqamət - ARAŞDIRMA

Sonrakı

В 2021 году Евросоюз откажется от сезонных переходов времени

Подписывайся

Подписывайся на нашу рассылку