Bakı–Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı açıqlandı

 

Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik təşkil edəcək.

Turizmplus.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, Sabunçu dəmir yolu vağzalından şəhər istiqamətində avtobusla gediş haqqı 60 qəpik təşkil edirsə, Bakı–Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik olacaq: “Bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Qatar əgər tək istiqamətdə dayanmadan hərəkət edərsə bu yol 12 dəqiqəyə qət olunacaq, xətt üzrə dayanacaqlarda dayanarsa bu vaxt 15 dəqiqəyə çatacaq".

Paylaş

Əvvəlkİ

Bakı-Qəbələ qatarı istifadəyə veriləcək

Sonrakı

В самом высоком здании Вьетнама открылась обзорная площадка

Abunə olun

Xəbərlərimizə abunə olun