Bakının növbəti qonağı "Etihad" aviaşirkətinin "Dreamliner"i olacaq

 

Heydər Əliyev adına Beynəlxalq Hava Limanının növbəti qonağı "Etihad Airways" şirkətinə məxsus Boeing 787-9 Dreamliner təyyarəsi olacaq.

Aviaşirkətdən Turizmplus.az saytına verilən məlumata görə, təyyarə 29 noyabrda EY-297 saylı uçuşla Abu-Dabi - Bakı, dekabrın 4-ü isə EY-298 saylı uçuşla Bakı - Abu-Dabi reysini həyata keçirəcək.

Qeyd edək ki, Boeing 787-9 Dreamliner təyyarəsi haqqında geniş fotoreportaj noyabrın 29-da Turizmplus.az saytında yayımlanacaq.

Paylaş