Bakının ən böyük ticarət mərkəzi gələn il fəaliyyətə başlayacaq - DETALLAR

 

Bakıda yeni ticarət mərkəzinin açılışı üzrə hazırlıqlar tamamlanmaq üzrədir.

Turizmplus.az FED.az-a istinadən xəbər verir ki, 2020-ci ilin fevralında Xəzərin sahilində hələlik ölkənin ən byöük ticarət mərkəzi sayılan «Dəniz Mall» işə düşəcək.

Sidney Operası stilində, 8 guşəli ulduz formasında inşa edilmiş ticarət mərkəzində 5 mərtəbə  var. Sahəsi 120 min kvadratmetr olan mərkəzdə əyləncə obyektləri, mağazalar, restoran və sinema olacaq. Mərkəzin 2019-cu ilin sonuna açılacağı bildirilsə də bu müddət bir neçə ay gecikib və mərkəzdən verilən məlumata görə, 2020-ci ildən ziyarətçiləri qəbul edəcək. Layihənin müəllifləri «Dəniz Mall»ın ölkənin əsas əyləncə meydançası olacağını bildirirlər.

Mərkəzin binası 2007-ci ildə tanınmış dizayner Çapmanom Teylor tərəfindən layihələndirilib. Hazırlıq işləri elə o vaxt başlasa da, sonradan işlər dayanıb və yalnız 2014-cı ildən bərpa edilib.

Qeyd edək ki, əvvəlcə bu bina konqres mərkəzi, təd