Bakıdan Həştərxana birbaşa reys açıldı

 

16 may 2019-cu il tarixindən etibarən "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Rusiyanın daha bir şəhəri - Həştərxana birbaşa aviareyslərə başlayıb.

Turizmplus.az Trend-a istinadən xəbər verir ki, aviaşirkət artıq Bakıdan Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıye Vodı və Ufa şəhərlərinə müntəzəm uçuşlar həyata keçirir.

Şirkətin digər istiqamətləri kimi Bakı-Həştərxan istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək.

Xəzərin sahilində yerləşən Həştərxan balığı ilə məşhurdur. Xəzər dənizi və Volqa çayı balıq həvəskarlarını cəlb edir.

Bakıdan Həştərxana 750 km-lik yol 1 saat 15 dəqiqəyə qət edilib.

"Buta Airways"in rəhbəri Nazim Səmədov jurnalistlərə verdiyi açıqlamada yeni açılan reysin Azərbaycan və Rusiya arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyini deyib:

"Bu reys hər iki ölkə vətəndaşları üçün bu şəhərləri daha da yaxın edir. "Buta Airways"in bu uçusu iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsində, biznes dövriyyəsinin artırılmasında böyük rol oynayacaq. "Buta Airways"in uçuşları və istiqamətləri dayanmadan artır. Bu da bizim ölkə turizminin inkişafına müsbət təsir göstərir. Həştərxan şəhərinə olan reysimiz bizim Rusiyadakı artıq 6-cı reysimizdir".

N.Səmədov Batumiyə birbaşa uçuşun olacağını da bildirib: "Növbəti reysimiz artıq bəyan edilib, iyun ayında Batumiyə uçuşumuz olacaq".

Həştərxan aeroportunun əməkdaşları bizi hava limanı ilə tanış ediblər. Muzeydə qara saçlı gözəl qız şirin səsi ilə buranın tarixi haqda ətraflı məlumat verib.

Aviabiletləri şirkətin rəsmi saytında ("Büdcə" və "Stabdart" tarifləri ilə), həmçinin aviaşirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.

Loukost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də ödəniş müqabilində təyyarədə yer seçimi kimi əlavə xidmətlər göstərilir.

10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə edə bilərsiniz.

Saytda onlayn-qeydiyyat uçusdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

Paylaş

Əvvəlkİ

Sərnişinlər və ekipajı barədə məlumat verməyən aviadaşıyıcılar cərimələnəcək

Sonrakı

Уникальный высокогорный аттракцион заработал на курорте Роза Хутор

Abunə olun

Xəbərlərimizə abunə olun