Bakıdan Banqkoka endirimli aviabiletlər satışa buraxılıb

 

Gulf Air Tailanda - Banqkok şəhərinə gediş-dönüş aviabiletlərində endirimli qiymətlər təklif edir.

Turizmplus.az xəbər verir ki, sentyabrın 1-dən 30-u tarixinədək gediş və dönüş bileti sərnişinlərə 650 USD (1109 AZN) qiymətinə təklif olunur. Səyahət tarixləri 1 Sentyabr – 30 Noyabr tarixlərini əhatə edir.

Qeyd edək ki, bundan başqa Bəhreyn, Ər-Riyad, Dammam, Dubay, Əbu-Dabi, Küveyt, Ciddə və Masqat şəhərlərinə də endirimli qiymətlər tətbiq olunur.

 

Paylaş