Bakıda yeni otel istifadəyə verildi - FOTOLAR


Yanvar ayının 9-da yeni 4 ulduzlu Villa Inn otelinin açılış mərasimi baş tutub. 

Turizmplus.az xəbər verir ki, yeni istifadəyə verilmiş oteldə 39 otaq yerləşir. Otelin avantajlarından biri də özünəməxsus baxça və terrasının olmasıdır. Zəngin qidalarla bol səhər yeməyi menyusu da otelin qalma xərclərinə daxildir. 

Otelin icraçı direktoru Turqay Arının sözlərinə görə, otaqların hazırlanmasında ən keyfiyyətli əşyalardan istifadə olunub: "Yataqların və istifadə üçün nəzərdə tutulmuş hamam dəstinin materialları ən üst səviyyədədir. Bundan başqa mətbəximiz çox zəngindir. 24 saat "room service" xidməti göstəririk. Gələcəkdə 4*+ bir xidmət vermək istəyirik" - deyə icraçı direktor bildirib.

Paylaş

Əvvəlkİ

Turizm menecer tələb olunur - VAKANSİYA

Sonrakı

Limon Festivalı keçiriləcək - 16 FEVRAL

Подписывайся

Подписывайся на нашу рассылку