Bakıda velopaylaşım məntəqələri yaradılacaq - AÇIQLAMA

 

Bakıda həm yerli əhali, həm də turistlər üçün bir neçə turizm məhsulu təqdim olunacaq.

Bu haqda Azərbaycan Turizm Forumunda çıxış edən Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov məlumat verib. Onun sözlərinə görə artıq bir neçə məshsulun icrası həyata keçirilib. Bunlara 5 ay öncə fəaliyyətə başlamış Bakı Kart da daxildir. 

Yeniliklərərə gəlincə, direktor gələn aydan etibarən Bakının mərkəzi küçələrində "Küçə sənətçi"lərinin çıxışlara başlayacağını, bununla yanaşı yaxın aylarda küçələrdə elektron istiqamətləndirici lövhələrin quraşdırılacağını bildirib. 

Yeniliklərdən biri də velopaylaşım (bicycle sharing) məntəqələri ilə bağlıdır. Artıq insanlar smartfonlarından istifadə edərək müəyyən məbləğ qarşılığında küçələrdə quraşdırılmış məntəqələrdən velosiped kirayələyə, istifadədən sonra isə növbəti məntəqədə onu təhvil verə biləcəklər. 

Qeyd edək ki, bu proses Avropa ölkələrində geniş yayılıb.

Paylaş

Əvvəlkİ

Bakı - İstanbul 54 AZN - 2020-ci ilin yay reyslərinə satış başladı

Sonrakı

Azərbaycanın turizm potensialının təbliğatı davam edir

Abunə olun

Xəbərlərimizə abunə olun