Bakıda sağlamlıq turizminin inkişafına həsr olunmuş növbəti tədbir baş tutub - FOTOLAR

 

Bakıda sağlamlıq turizminin inkişafına həsr olunmuş “SWIC - Spa and Wellness International Congress” adlı tədbir keçirilib. 

Turizmplus.az xəbər verir ki, “Rusiya Sağlamlıq və Wellness” Turizm Assosiasiyasının sədri Yelena Trubnikova tədbirin “SPA və Wellness” industriyasında maliyyə göstəricilərinə həsr olunmuş bölümündə çıxış edərək qeyd edib ki, hər iki istiqamətin investisiya cəlbediciliyini və iqtisadi efektivliyini artırmaq üçün təcili tədbirlərin həyata keçirilməsi lazımdır. Y.Trubnikova nümunə olaraq Rusiyanın "Top 100"nə daxil olan sanatoriya-kurort müəssisələrinin son 5 il ərzində bu istiqamətdə gördüyü işlərdən və əldə etdiyi uğurlardan danışıb. 

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev isə Azərbaycanın sağlıq turizmi sahəsindəki imkanlarından bəhs edib. Assosiasiya rəhbəri bildirib ki, ölkəmizdə bu turizm növünün demək olar ki, bütün istiqamətlərinin inkişafı mümkündür, potensial var və lazımi tədbirlər həyata keçirilir. 

75118269-818121661977961-224602772123680768-n
 

“Rusiya Sağlamlıq və Wellness” Turizm Assosiasiyasının sədri Yelena Trubnikova səfər çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (A