Bakıda "PATA Travel Mart 2019" sərgisinin təqdimatı baş tutacaq

 

Azərbaycan Turizm Bürosu turizm şirkətlərini PATA Travel Mart 2019 təqdimatına dəvət edir.

Turizmplus.az xəbər verir ki, "PATA Travel Mart 2019" beynəlxalq turizm sərgisi bu il Qazaxstanda keçiriləcək. Sərgi hər il PATA-nın (Pacific Asia Travel Association) himayəsi altında, 1978-ci ildən etibarən müxtəlif Asiya ölkələrində təşkil edilir. Təşkil olunan sərgilər, son 10 il ərzində Makao, Dehli, Manila, Çenqdu, Pnompen, Banqalor, Cakarta, Lanqkavi kimi şəhərlərdə baş tutub. Keçiriləcək sərgidə 80-dən çox ölkədən turizm sənayesinin 1000-dən çox nümayəndəsinin iştirakı nəzərdə tutulur. Bundan əlavə, sərgi zamanı PATA İdarə Heyəti tərəfindən gənclər simpoziumu və turizm sahəsində forum keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, təqdimat iyulun 19-da  saat 15:00-də Nizami küç. 96E “Rotunda” zalında baş tutacaq.
 

Paylaş

Əvvəlkİ

Китайский Октоберфест -10 дней до старта - ФОТО

Sonrakı

"Aqua Fantasy Hotel - Kuşadası - Türkiyə" haqqında webinar keçiriləcək - LİNK

Abunə olun

Xəbərlərimizə abunə olun