Bakıda məşhur səyyahlarla görüş baş tutacaq - MƏLUMAT

 

Azərbaycanda tanınmış səyyahlar səyahət sevərlərlə görüşəcək.

Turizmplus.az xəbər verir ki, iyulun 12-də "Baku Boulevard Hotel"də baş tutacaq görüşdə ukraynalı səyyah və iş adamı Artemiy Surin, eyni zamanda dünya səyahətinə hazırlaşan azərbaycanlı iş adamı və səyyah Fərid Novruzi izləyicilərin suallarını cavablandıracaqlar. Tədbirdə həm də Fərid Novruzinin dünya səyahəti barədə təqdimat baş tutacaq.

Qeyd edək ki, Artemiy Surin artıq dünya səyahətini başa vurmuş səyyahlardandır.

Tədbirə giriş qeydiyyatladır:

https://bit.ly/2XHgcI9

Nəzərinizə çatdıraq ki, səyahətin sponsoru Azərbaycanın onlayn aviabilet platforması TripOnline şirkətidir.