Bakıda məşhur restoranlar şəbəkəsinə daha biri daxil oldu - VİDEOREPORTAJ

 

"Plus Media Production" şirkətinin təşkilatçılığı ilə yeni açılmış "The Fish" restoranına info-tur təşkil edilib.

Tanışlıq görüşündə 15-ə yaxın tanınmış şirkətin nümayəndəsi ilə yanaşı, Azərbaycanda və dünyada məşhur restoranlar şəbəkəsinin sahibi olan Anıl Ozer də iştirak edib. 

O, Turizmplus TV-ə "The Fish", "İstanbul Club" və "İstanbul meyhane" restoranları barədə məlumat verib.

Qeyd edək ki, "The Fish" balıq restoranı Bakının mərkəzində yerləşən "İstanbul Meyhane" kimi tanınan məşhur restoranın bir qoludur. Restoranda yalnız Türkiyədən gətirilmiş dəniz məhsulları təqdim olunur. Bununla yanaşı restoranın ikinci mərtəbəsində Türkiyədən gəlmiş məşhur musiqiçilərin və DJ-lərin çıxış etdiyi klub da fəaliyyətə başlayıb.