Bakıda “Aviation Day Azerbaijan” tədbiri baş tutub - FOTOLAR

 

“Azərbaycan Hava Yolları” Bakıda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birgə mülki aviasiya sahəsində nüfuzlu forum həyata keçirib.

Turizmplus.az xəbər verir ki, “Aviation Day Azerbaijan” tədbirində AZAL və İATA-nın rəhbər heyəti ilə yanaşı aviaşirkətlərin və turizm sahəsinin liderləri, diplomatik korpus və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.

Tədbir AZAL prezidenti Cahangir Əsgərov və IATA-nın Avropa üzrə vitse-prezidenti Rafael Şvartsman salamlama nitqi ilə başıayıb. Daha sonra AZAL-ın vitse-prezidenti Eldar Hacıyev, Ümumdünya Turizm Təşkilatının (UNWTO) üzv ölkələri ilə əlaqələr üzrə koordinatoru Beka Djakeli, “Türk Hava Yolları” aviaşirkətinin baş direktoru Bilal Ekşi və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid təqdimatlarla çıxış ediblər.

“AZAL artıq 26 ildir ki, İATA-nın tamhüquqlu üzvüdür. Bütün bu illər ərzində biz uçuşların təhlükəsizliyi, kadr hazırlığı, innovasiyaların tətbiqi sahəsində sıx əməkdaşlıq etmişik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqəti və dəstəyi sayəsində dinamik inkişaf edən Azərbaycan mülki aviasiyası üçün uçuşların təhlükəsizliyi ən prioritet məsələdir. Bu gün ölkəmizin bütün hava limanlarında tətbiq olunan ən müasir texnologiya və innovasiyalar uçuşların təhlükəsizliyinə hərtərəfli imkan yaradır.”, - Cahangir Əsgərov bildirib.

“IATA “Aviation Day Azerbaijan”-a maksimum dəstək