Bakıda 17 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək

 

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar yollarda hərəkətin məhdudlaşdırıldığı günlərdə müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin olunacaq.

Sərnişinlərin rahat və maneəsiz daşınması üçün Bakı şəhər halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik olunacaq. Qeyd olunan marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər aprelin 22-dən tətbiq ediləcək və tədbir tam başa çatanadək qüvvədə olacaq.

Paylaş

Əvvəlkİ

Самые «зрелищные» автодороги мира

Sonrakı

“Türk Hava Yolları” BƏƏ-də üçüncü istiqaməti

Подписывайся

Подписывайся на нашу рассылку