Bakı Turizm Peşə Məktəbinə qəbulun III mərhələsi elan olunub

 

Bakı Turizm Peşə Məktəbinə 2021/2022-ci tədris ili üzrə tələbə qəbulu davam edir.

Turizmplus.az xəbər verir ki, 14 sentyabr 12:00-dan 24 sentyabr 23:59-dək Bakı Turizm Peşə Məktəbində 2021/2022-ci tədris ili üzrə tələbə qəbulunun III mərhələsinə start veriləcək. Ötən ildə olduğu kimi bu il də tələbə qəbulu elektron qaydada aparılır.

Yeni tədris ilində  Bakı Turizm Peşə Məktəbində 11 ixtisas tədris olunacaq ki, onlar arasında həm dövlət hesabına həm də ödənişli əsaslarla təhsil almaq mümkündür. Qeyd edək ki, bu ildən etibarən abituriyentlərin ixtisas seçim imkanlarını artırmaq məqsədilə ilk dəfə, yeni – “Tədbir təşkilatçısı” ixtisası tədris olunacaq.

Tələbələr təhsil almaq üçün aşağıdakı ixtisaslar arasında seçim edə bilərlər:

1. Turizm təşkilatçısı   (rus və azərbaycan bölməsi )      (dövlət vəsaiti hesabına və ödənişli əsaslarla)

2.Turizm təşkilatçısı  (təhsil müddəti 2 il)                        (dövlət vəsaiti hesabına)
3. Mehmanxana inzibatçısı                                              (dövlət vəsaiti hesabına)

4.Tədbirlərin təşkilatçısı                        &n