Bakı Turizm İnformasiya Mərkəzinin direktoru deputatlığa namizəd oldu

 

Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov Parlament (Milli Məclis) seçkilərinə qatılacaq.

Turizmplus.az xəbər verir ki, o, bu haqda məlumatı sosial şəbəkə hesabında paylaşıb.

"Dövlətimə və millətimə nə qədər bağlı biri olduğumu bir çoxlarınız bilirsiniz, anadan olduğum və böyüdüyüm Gəncə şəhərini nə qədər sevdiyimi də. Uzun müddətdir ki, deputat olmaq və xalqıma qulluq etmək arzusunda idim və nəhayət ki, 9 Fevral tarixində keçirilərək Parlament (Milli Məclis) seçkilərinə qatılmaq qərarına gəldim və 37 saylı Nizami Birinci (Gəncə) dairəsində namizədliyim qəbul olundu ! Mənim yanımda olan və mənə dəstək olan hər bir kəsə təşəkkür edirəm" - deyə Rüfət Bağırov bildirib.

Paylaş

Əvvəlkİ

Formula 1 Azərbaycan Qran-Prisi iyunda başlayacaq - DƏQİQ CƏDVƏL

Sonrakı

Türk Hava Yollarının İstanbul və Ankara reyslərində endirimlər başladı - 265 AZN-dən biletlər