Bakı siqarsevərləri bir araya gətirdi - FOTOLAR

 

Sentyabırın 13-də Bakıda ilk “Bakı Beynəlxalq Siqar Festivalı” start götürüb.

Turizmplus.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən festivala MDB və Avropanın bir sıra ölkələrindən 100-ə yaxın siqarsevər qatılıb.

Bakı Siqar Klubunun təşkilatçılığı ilə baş tutan festival 3 gün davam edəcək. Festival müddətində iştirakçılar üçün biri-birindən maraqlı və əyləncəli proqramlar keçiriləcək.

Eyni zamanda, festival çərçivəsində qonaqların Bakı haqqında ətraflı məlumatlandırılması məqsədilə paytaxtın tarixi-mədəni, gəzməli-görməli yerlərinə səfərlər təşkil olunacaq.

Qonaqlara, həmçinin Azərbaycanın milli mətbəxi, insanların qonaqpərvərliyi haqda geniş informasiya verilib.

Xatırladaq ki, Bakı Siqar Klubu ötən il Avropanın ən yaxşı klubu elan edilib.

Paylaş

Əvvəlkİ

"Gərək o vaxt öz şirkətimi yaradaydım" - ALEKSANDR QULİYEV

Sonrakı

İndoneziya Səfirliyi Bakıda Turizm Biznes Forumu təşkil edəcək

Abunə olun

Xəbərlərimizə abunə olun