Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq - DİQQƏT

 

M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.

Turizmplus.az Trend-a istinadən xəbər verir ki, bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər.

Paylaş

Əvvəlkİ

Города мира с самыми красивыми видами

Sonrakı

Mədəni turizmdə klasterləşməyə dair müzakirələr aparılıb

Abunə olun

Xəbərlərimizə abunə olun