Bakı-Qahirə-Bakı marşrutu üzrə aviareyslər açıla bilər

 

“Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov Bakıda Misirin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb.
⠀⠀
Turizmplus.az xəbər verir ki, görüşdə Azərbaycan və Misir arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
⠀⠀
Cahangir Əsgərov ölkənin beynəlxalq aeroportlarında sərnişin axınının artdığını qeyd edib. 2019-cu ilin ilk dörd ayı ərzində Azərbaycanın hava limanları təxminən 1,5 milyon sərnişinə xidmət göstərib.
⠀⠀
Onun sözlərinə görə, yeni xarici aviaşirkətlərin cəlb edilməsi və yeni aviareyslərin açılması istiqamətində aktiv iş davam edir. Belə ki, iyunun 8-dən etibarən hər şənbə “Embraer-190” təyyarəsi ilə həyata keçirilməsi planlaşdırılan Bakı-Qahirə-Bakı marşrutu üzrə çarter aviareysinin açılmasına dair danışıqlar davam edir.

Paylaş

Əvvəlkİ

Эйфелеву башню временно закрыли

Sonrakı

"Tarqovı"ya giriş üçün məhdudiyyətlər qoyulacaq - XƏBƏRDARLIQ

Abunə olun

Xəbərlərimizə abunə olun