Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək

 

Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək.

Bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki usulla yazılmaq mümkündür:

- azal.az saytında https://help.azal.az/hc/az/requests/new… linki vasitəsilə onlayn formanı doldurmaqla;

- (+99470) 4374081 nömrəsinə WhatsApp vasitəsilə yazılı müraciət edərək.

Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.

Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmayıb.

Paylaş

Əvvəlkİ

Azərbaycan vətəndaşları üçün Monteneqro sərhədləri açıq elan edilib

Sonrakı

Аэрофлот внезапно объявил об отмене регулярных рейсов по 87 направлениям, объяснив, как вернуть деньги

Подписывайся

Подписывайся на нашу рассылку