Bakı-Moskva reysi üzrə uçan təyyarə təcili eniş etməli olub - MƏLUMAT

 

Bakı-Moskva reysi ilə hərəkətdə olan təyyarə Volqoqradda təcili eniş edib.

Buna səbəb təyyarədə 60 yaşlı qadının özünü pis hiss etməsi olub. O, xəstəxanaya yerləşdirilib:

"Qroznı-Vnukovo və Bakı-Moskva reysləri üzrə uçan təyyarələr hələ də Volqoqraddadır, hazırda onların yola düşməsi gözlənilir. Krasnoyarsk-Simferopol marşrutu üzrə uçan təyyarə isə artıq təyinat yerinə göndərilib", - deyə Volqoqrad hava limanından bildirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, sözügedən Bakı-Moskva aviareysi Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsusdur:
"Təyyarənin Volqoqraddan Moskvaya nə vaxt uçacağı hələ məlum deyil". 

AZƏRTAC

Paylaş

Əvvəlkİ

Sentyabrın ilk gününə olan hava proqnozu

Sonrakı

Azərbaycan Turizm Bürosu hər ay fotomüsabiqə keçirəcək - QEYDİYYAT

Подписывайся

Подписывайся на нашу рассылку