Bakı metrosu saat 5-ə qədər sərnişinlərə xidmət göstərib - VİDEO

 

Futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə əlaqədar Bakı metropoliteni oyunun keçirildiyi 29 may və 30 maya keçən gecə gücləndirilmiş iş rejimində çalışıb.

Turizmplus.az xəbər verir ki, Paytaxt sərnişinləri və qonaqlarının təhlükəsizliyini, rahat hərəkətini təmin etmək məqsədilə əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb olunub. Olimpiya stadionunda oyunu canlı izləyən tamaşaçıların metropolitendən istifadəsi tam şəkildə təmin edilib. Metro stansiyaları saat 4:00-a qədər sərnişinlərin girişinə açıq olub. Səhər saat 5:00-a kimi bütün sərnişinlər mənzil başına çatdırlıb.

Qeyd edək ki, may ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi ehtimal olunan stansiyalarda 30 könüllü qonaqlara yüksək səviyyədə mədəni xidmət göstərib. Müvafiq qaydalarla təlimatlandırılan və hər biri yaddaş kitabçaları ilə təmin olunan metropoliten könüllüləri üzərinə “Ask me” (“Məndən soruş”) yazılan xüsusi geyimlərdə olublar.

 

 

 

Paylaş

Əvvəlkİ

Dubayda parlaq və qeyri-adi fotoşəkillər çəkmək üçün ən yaxşı yerlər

Sonrakı

Лянкяран соберет все театры на фестиваль - АФИША

Abunə olun

Xəbərlərimizə abunə olun