Bakı Mərkəzi Parkı açılışa hazırdır - FOTO

 

Keçmiş "Sovetski"nin yerində tikilən Bakı Mərkəzi Parkının 1-ci hissəsində tikinti işləri başa çatdırılıb.  Bu barədə “SkyscraperCity Azerbaijan” Facebook səhifəsində məlumat verilib.

Parkın birinci hissəsi bu ilin may ayının sonuna kimi şəhər sakinlərinin istifadəsinə veriləcək. Məlumata görə, parkın bu hissəsi yerüstü piyada keçidləri və zolaqların birləşdirdiyi altı hissədən ibarət olacaq. Burada şəhər sakinləri və qonaqlar üçün bir neçə istirahət və əyləncə yerləri təqdim olunacaq.

Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisində söküntü işləri başa çatdıqdan sonra 2016-cı ilin avqustundan yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması layihəsi çərçivəsində bir çox işlər görülüb. Həmin layihələrdən ən əsası “Sovetski”nin yerində salınan böyük parklardan biridir.

Paylaş

Əvvəlkİ

В Таиланде закрывают для туристов Симиланские острова

Sonrakı

10 дорог, по которым стоит пройти хотя бы раз в жизни

Подписывайся

Подписывайся на нашу рассылку