Bakı görməyə adət etmədiyi daha bir qonağı qarşıladı - FOTOREPORTAJ

 

Heydər Əliyev adına Beynəlxalq Hava Limanına daha bir nəhəng qonaq təşrif buyurub.

Turizmplus.az xəbər verir ki, Türk Hava Yollarına aid Airbus A330-200 təyyarəsi saat 06:05 radələrində Bakıya enib. Noyabrın 16-da İstanbul-Bakı reysini yerinə yetirən təyyarənin sərnişin tutumu 254 nəfərdən 380 nəfərə qədər ola bilər. 1992-93-cü illərdən istifadəyə verilən bu təyyarələrin uzunluğu 58.8 metr, qanad açıqlığı 60.3 metr, hündürlüyü isə 17.3 metr təşkil edir.

Airbus A330-200 təyyarəsinin boş ağırlığı 120 tondur. Bu təyyarə maksimum 13.000 metr hündürlüyə qalxa və 913 km/s sürətlə hərəkət edə bilər. Onu da qeyd edək ki, təyyarə 13.430 km məsafə qət etmək bacarığına malikdir. 

RƏHİM QƏDİROV