Bakı biznes-klass ilə uçan sərnişinlər arasında ən populyar istiqamətlərin ilk beşliyində

 

Bakı şəhəri qarşıdan gələn may bayramı günlərində biznes-klass ilə uçan səyahətçilər arasında ən populyar istiqamətlərin ilk beşliyinə daxildir.

“Moskovskiy Komsomolets” qəzeti bu məlumatı bilet agentliklərinin nümayəndələrinə istinadla bildirib.

“Moskovskiy Komsomolets” redaksiyası tərəfindən keçirilmiş sorğunun nəticələrinə görə, ilk beşliyə İndoneziyanın Bali adası, Almaniyanın Köln və Münxen şəhərləri də daxildir.

May bayramı günlərində ən bahalı təyyarə biletini almış turist Sankt-Peterburqdan Nyu-Yorka və geriyə bilet üçün 139 min rubl (təqribən 3650 AZN) ödəyib. İkinci ən bahalı biletin qiyməti Moskvadan Filippinə 121 min rubl (3177 AZN), üçüncü ən bahalı biletin qiyməti isə Moskvadan Londona və geriyə uçmaq üçün 107 min rubl (2810 AZN) olub.

AZƏRTAC

Paylaş

Əvvəlkİ

10 фильмов, вдохновляющих на путешествие

Sonrakı

Рейтинг самых популярных городов и стран у пользователей Instagram

Подписывайся

Подписывайся на нашу рассылку