Bakı-Antalya-Bakı istiqamətində yay çarter reyslərinə satış başlayıb

 

"Buta Airways" aviaşirkəti Bakı-Antalya-Bakı istiqamətində yeni J2 5025/5026 nömrəli yay çarter reyslərinin satışına başlayıb.

Turizmplus.az xəbər verir ki, uçuşlar Terminal 2-dən Embraer E-190 təyyarəsi ilə həyata keçiriləcək. Aviabiletlərə 23 kq baqaj, 10 kq əl yükü və soyuq qəlyanaltılar daxildir. 

Aviaşirkətin rəsmi satış ofisləri https://www.azal.az/az/information/sales-offices saytında təqdim edilmişdir. 

Paylaş