Bakı-Almatı-Bakı istiqamətinin təqdimatı baş tutub - AZAL

 

“Azərbaycan Hava Yolları” Almatıda Qazaxıstanın turizm operatorları və agentləri üçün Bakı-Almatı-Bakı yeni müntəzəm istiqamətinin təqdimatını keçirib.
⠀⠀
AZAL-ın Marketinq və İstehsalat İdarəsinin rəhbəri Fuad Yusifov giriş nitqi ilə çıxış edib. O qeyd edib ki, Milli aviadaşıyıcının yeni istiqaməti olduqca uğurludur, hər yeni aviareys ilə hər iki istiqamət üzrə sıxlığın artması müşahidə olunur.
⠀⠀
Xatırladaq ki, Bakı-Almatı-Bakı aviareysləri həftədə iki dəfə həyata keçirilir. Bakıdan uçuş həftənin çərşənbə axşamı və şənbə günləri, Almatıdan uçuş isə çərşənbə və bazar günləri yerinə yetirilir. AZAL-ın Qazaxıstanda baş tərəfdaşı qismində “Nur Ai & Co” turizm şirkəti çıxış edir.
⠀⠀

Paylaş

Əvvəlkİ

В Индии проведут Фестиваль слонов

Sonrakı

Son üç ayda Azərbaycana altı yüz mindən çox ziyarətçi gəlib

Подписывайся

Подписывайся на нашу рассылку