AZTA sədri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi

 

Prezident İlham Əliyev Mirdaməd Sadıqovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Paylaş