AZTA sədri Azərbaycan və Rusiya arasında turizm əməkdaşlığının perspektivlərindən danışıb

 

Oktyabrın 3-də Bakı Biznes Mərkəzində Azərbaycan və Rusiyanın kiçik və orta biznes subyektləri arasında əlaqələrin inkişafına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə, KOB sahəsində təcrübə mübadiləsinə həsr olunmuş Dəyirmi Masa keçirilib. 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş "Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa Rusiya Federasiyasının “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının prezidenti Aleksandır Kalininin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində təşkil olunub.

Turizmplus.az xəbər verir ki, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbəri Nahid Bağırov dəyirmi masada iştirak edib. AZTA sədri çıxışı zamanı Azərbaycan və Rusiya arasında turizm əməkdaşlığının hazırki vəziyyəti və inkişaf perspektivləri haqqında danışıb. Münasibətlərin daha da inkişaf etdirilməsi üçün Rusiya regionları ilə əlaqələrin gücləndirilməsi, eləcə də, birbaşa aviareyslərin təşkilinin və müvafiq qurumlar arasında əməkdaşlıq münasibətlərinin qurulmasının vacibliyi qeyd edib.

Tədbir çərçivəsində KOBİA və “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatı arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Paylaş

Əvvəlkİ

"Regionlarda turizmin inkişafına dəstək əsas məqsədlərimizdəndir" - FUAD NAĞIYEV

Sonrakı

Ucuz aviabiletləri əldə etməyin üsulları və düzgün vaxt seçimi

Abunə olun

Xəbərlərimizə abunə olun