AZTA Özbəkistan Respublikasının turizmin inkişafı üzrə dövlət komitəsi ilə Memorandum imzalayıb

 

Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Özbəkistan Respublikasının turizmin inkişafı üzrə dövlət komitəsi, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində, Əməkdaşlıq haqqında Memorandum imzalayıblar.

Turizmplus.az xəbər verir ki, sənədi Azərbaycan Turizm Assosiasiyanın rəhbəri Nahid Bağırov və Özbəkistan Respublikasının Turizmin İnkişafı üzrə Dövlət Komitəsi sədrinin müavini Uluqbek Azamov imzalayıb.

Əməkdaşlıq haqqında Memorandum tərəflər arasında turizmin inkişafı sahəsində birgə əməkdaşlıq, o cümlədən məlumat mübadiləsi, qarşiliqli turizm səfərlərinin təşkili, birgə turizm məhsullarının yaradılması və tətbiqi, eləcə də qarşılıqlı turizm axınının təmin edilməsi məqsədi ilə turizm potensialının fəal təşfiqi tədbirlərini nəzərdə tutur.

“Memorandumun Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində imzalanması bizim üçün əlamətdar hadisədir. Azərbaycan Turizm Assosiasiyası ölkənin turizm potensialının təbliğinin bütün dünyada, o cümlədən qonşu ölkələr arasında genişləndirilməsi fəaliyyətini davam edir. Həm Azərbaycan turistləri, həm Özbək turistləri üçün təşkil olunacaq tədbirlər bir mənalı şəkildə maraqlı olacaq